• SOSİAL

    04:29 25 fevral 2021

Qarın yağması qərb bölgəsində avtomobillərin hərəkətini çətinləşdirib

Qərb bölgəsinə qarın yağması nəticəsində bəzi yollar buz bağlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, yolların buz bağlaması nəticəsində avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Əsasən Gəncə-Qazax, Gəncə-Daşkəsən-Xoşbulaq, Şəmkir-Gədəbəy avtomobil yollarında hava şəraiti ilə əlaqədar olaraq çətinliklər var, yolların bəzi hissəsi buz bağlayıb.

Hazırda qərb bölgəsinə qarın yağması davam edir, temperatur qar yağandan sonra -10 dərəcəyə yaxın aşağı düşüb.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR