• SOSİAL

    17:49 15 may 2020

Qaydalara əməl etməyən hüquqi şəxslər cinayət məsuliyyəti daşıyırlar - QƏRARGAH

“Yoluxmanın yüksək olmasına görə hüquqi şəxslər məsuliyyət daşıyırlar".

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, qaydalara əməl etməyən hüquqi şəxslər cinayət məsuliyyəti daşıyırlar: “İndiyə qədər yoluxanların 1,2 faizi - 36 nəfər dünyasını dəyişib. 1976-cı il təvəllüdlü şəxsimiz gecikmiş halda müraciət edib və bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Belə hallar çoxdur, evdə özlərini müalicə etməyə çalışırlar. İndiyə qədər ağır hallar da əsasən vaxtında müraciət etməməyin nəticəsində yaranıb. Xüsusən paralel gedən xəstəlikləri olanların gec müraciət etməsi daha çox problemə səbəb olur”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR