Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulması və qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsi ilə bağlı inzibati xətalara dair işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək.
ONA-nın məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki. İnzibati Xətalar Məcəlləsinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.