Qəbul imtahanları ilə bağlı yeni onlayn sınaq imtahanına qeydiyyat başlayıb
  • SOSİAL

  • 11:25 22 Aprel 2019

Qəbul imtahanları ilə bağlı yeni onlayn sınaq imtahanına qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı növbəti sınaq imtahanına qeydiyyat başlayıb.

DİM-dən ONA-ya verilən məlumata görə, imtahana yazılanlar istəklərinə uyğun olaraq günün istənilən vaxtında imtahan üçün nəzərdə tutulan səhifəyə daxil olub bilik və bacarıqlarını yoxlaya bilərlər.

İmtahanda iştirak haqqı 3 manatdır.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

 

Fərid Mirzəyev

Teqlər: DİM sınaq imtahanı bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR