Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazadə qəbul imtahanlarının vaxtını açıqlayıb.
APA xəbər verir ki, Məleykə Abbaszadə mətbuat konfransında bildirib ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur:
"III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər. Əvvəlki illərin məzunları orta ixtisas məktəblərinə qəbul olmaq istəyirlərsə, onlar da apreldə buraxılış imtahanlarında iştirak etməlidirlər" - o deyib.