• İDMAN

    16:35 28 noyabr 2022

“Qətər-2022”: Qrup mərhələsində son turun 8 oyunu "CBC Sport"da yayımlanacaq

“Qətərdə keçirilən Futbol üzrə dünya çempionatında qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır”.

ONA xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün CBC Sport telekanalı ilə razılaşma əldə edib: "Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu CBC Sport telekanalında yayımlanacaq".

ONA

Teqlər:

SON XƏBƏRLƏR