İyulun 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir.
Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatına əsasən, küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə diametri 11 mm olan dolu qeydə alınıb.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.