Prezident İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu tətbiqi haqqında fərman imzalayıb.
ONA-nın məlumatına görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, indiyə qədər dövri mətbu nəşrlərin, o cümlədən dövlət qeydiyyatına alınmaqdan azad edilən nəşrlərin pulsuz məcburi nüsxələri, tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən təsisçiyə, dövlət arxivinə, Milli Kitabxanaya, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərilməli idi.
Dəyişikliyə əsasən, bundan sonra dövri mətbu nəşrlərin, o cümlədən dövlət qeydiyyatına alınmaqdan azad edilən nəşrlərin pulsuz məcburi nüsxələri, tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən təsisçiyə, dövlət arxivinə, Azərbaycan Mətbuat Şurasına, həmçinin “Kitabxana işi haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq kitabxanalara göndəriləcək.