• SOSİAL

    11:42 29 aprel 2019

QMİ sədri orucluqda ehsan və Ramazan təqvimi ilə bağlı din xadimlərinə xəbərdarlıq edib

"Prezidentin sərəncamı mənə yox, ümumilikdə dinimizə, din xadimlərimizə verilən qiymətdir".
ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
O qeyd edib ki, bəzən hələ iftar vaxtı olmasa da, ehsan verilir: "Niyə din xadimlərimiz buna etiraz etmir, heç olmasa, çıxıb getmir? Əgər bu il belə bir şey olsa, vəzifəsindən asılı olmayaraq, cəzalandırılacaq. Mənim qanuni mollam deməlidir ki, burada iştirak edə bilmərəm. Çox xahiş edirəm ki, bu məsələdə möhkəm olun".

Şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu gün ölkəmizdə dini vəhdət var: "Azərbaycandan başqa heç yerdə sünnilər və şiələrin bir yerdə namaz qılması halı yoxdur. Biz bunun qiymətini bilməliyik. Ramazan təqvimi Şamaxı Rəsədxanasının rəhbərliyi ilə birgə hazırlamışıq. İrandan da, Türkiyədən də din xadimlərini çağırmışıq, birgə razılığa gələrək bu təqvimi qəbul etmişik. Bəzi məclislərdə molla yalandan danışır, bununla da iranlılarla bağlı vaxtı gözləməyə çalışır. Biz İran və Türkiyənin din xadimləri ilə məsləhətləşərək bu təqvimi qəbul etmişik. Bəs həmin molla özünü niyə göstərmyə çalışır?"

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR