• SOSİAL

    12:17 16 aprel 2019

QMİ sədrinin müavini: “Din milli ideologiyanın tərkib hissəsidir”

"Bütün cəmiyyətlərdə, eyni zamanda Azərbaycanda kütlə şüurunu idarə edən bütün qüvvələr KIV-in əlində cəmlənib. Qorxulu amansız tədbirlər də onları əli ilə həyata keçirilir".

ONA xəbər verir ki, bunu "Dini-ideoloji təhlükəsizlik və media" konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı deyib.

O bildirib ki, bu gün din və media arasında boşluqlar mövcuddur: "Dini bilikləri ehtiva edən fənlər humanitar ixtisaslarda tədris olunsun. Bütün cahiliyyət dini maarifsizlikdən irəli gəlir. Din ideologiya deyil, dünyəvi cəmiyyətdə ideologiya səviyyəsinə qaldırıla bilməz. Din milli ideologiyanın tərkib hissəsidir".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR