• SOSİAL

    12:04 29 aprel 2019

QMİ və Dövlət Komitəsi hamını Ramazan təqviminə riayət etməyə çağırıb

"İstər qonşu ölkələrdə, istər başqa ölkələrdə iyunun 4-də Ramazan bayramı qeyd olunsa da, Azərbaycanda Ramazan bayram iyunun 5-dədir".
ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
QMİ sədri qeyd edib ki, Şamaxı Astrofizika Rəsədxanasından Azərbaycanda Ayın iyunun 5-də görünəcəyi bildirilib: "Ona görə də Azərbaycanda bayram iyunun 5-də olacaq. Bunu hər bir kəs nəzərə almalıdır".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əvvəlki illərdən fərqli olaraq, son dövrlərdə məscidlərimizdə Ramazan təqviminə riayət olunduğunu söyləyib: "Bu gün İslam coğrafiyasında harada fətva verilirsə, orada ona əməl olunmalıdır. Mömin insanların borcudur ki, öz ərazisində dini idarənin verdiyi fətvaya əməl etsin. İslam dini bir olsa da, dövlət-din modelinə uyğun hər bir ölkənin qaydaları var. Ona görə də biz QMİ-nin fətvasına riayət etməliyik".

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR