• SOSİAL

    04:56 14 aprel 2019

Qoruqları idarəetmə Mərkəzinin hüquqi statusu müəyyənləşib

Qoruqları idarəetmə Mərkəzinin hüquqi statusu müəyyənləşib.

ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Qərara əsasən, Qoruqları idarəetmə Mərkəzi Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Qeyd edək ki, Qoruqları idarəetmə Mərkəzi Prezident İlham Əliyevin 2018-ci il 20 dekabr tarixli fərmanı ilə yaradılıb. Fərmanda qeyd edilib ki, Mərkəz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR