• SOSİAL

    11:10 15 may 2019

Sədr: “Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edənlər haqqında cinayət işinin arealı genişlənir”

"Təəssüflə qeyd edim ki, Qida Təhlükəsizliyi Agentliyinin adından müxtəlif dələduzlar əsasən ticarət şəbəkələrində reyd keçirərək vəsiqə təqdim edir, özlərini agentliyin əməkdaşı kimi göstərirlər".

ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, artıq Respublika Prokurorluğu tərəfindən onlara qarşı cinayət işi açılıb, bir neçə nəfər həbs olunub: "Cinayət işinin arealı da genişlənir. Müxtəlif rayonlardan bizə məlumatlar daxil olur ki, digər rayonlarda belə faktlar aşkar olunub. Hazırda hüquq-mühafizə orqanları onlar haqqında lazımi tədbirlər görür. Sonda qərar veriləcək ki, bu, fərdi və ya şəbəkələşmiş formada olub. Amma aşkar olunmuş faktlarda 3 nəfər bir, 2 nəfər bir, 1 nəfərin də tək belə dələduzluq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR