• SOSİAL

    18:21 23 oktyabr 2019

Qoşulmama Hərəkatının gənc liderləri “APA Group”da olublar

Qoşulmama Hərəkatının gənc liderləri “APA Group”un qonağı olub.

ONA-nın məlumatına görə, görüş zamanı “APA Group” MMC-nin prezidenti Vüsalə Mahirqızı şirkətlə bağlı qonaqlara ümumi məlumat verərək bildirib ki, media şirkətinin Azərbaycanın bütün bölgələrində, eyni zamanda bir neçə ölkədə ofisləri fəaliyyət göstərir və bir sıra beynəlxalq agentliklərlə əməkdaşlıq edir.

Vüsalə Mahirqızı qeyd edib ki, hazırda APA İnformasiya Agentliyi 3 dildə fəaliyyət göstərir, gündəlik təxminən 1000-dən artıq xəbər istehsal edir. Agentlik Azərbaycanda və dünyada baş verən yerli və beynəlxalq tədbirləri işıqlandırır. Şirkət eyni zamanda PR və marketinq xidməti də göstərir.

Daha sonra “APA Group”un prezidenti əcnəbi qonaqların suallarını cavabladırıb.

Sonda qonaqlar “APA Group”la tanış olublar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR