Quba və Qusarda mayın 25-i küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılıb.
Qusar rayon İcra Hakimiyyətindən ONA-nın şimal bürosuna verilən məlumata görə, hadisə günü rayonun əksər ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb. Qısa müddətdə görülən işlər nəticəsində 80-ə yaxın kəndə dəyən ziyan aradan qaldırılıb. Qusar şəhərində, həmçinin daha iki kəndə qaz xətlərinə dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Qusarda damı uçan 2 saylı şəhər məktəbində təmir bərpa işləri aparılır.
Quba rayon Fövqəladə Hallar Komissiyasından ONA-ya bildirilib ki, rayonda külək ən çox elektrik təsərrüfatına ziyan vurub. Qısa müddət ərzində elektrik enerjisinin bərpası mümkün olub.