• SOSİAL

    14:43 7 sentyabr 2019

Quba xəstəxanasında yaşayan Rusiya vətəndaşı ölkəsinə göndərilib

On səkkiz aydan çox Quba Rayon Mərkəzi Xəstəxanasında (MRX) yaşayan Rusiya vətəndaşı ölkəsinə göndərilib.

APA-nın şimal bürosunun xəbərinə görə, 64 yaşlı Viktor Seryakov hava limanından Moskvaya yola salınıb. O, bundan sonra Rusiyada ahıllar evində yaşayacaq.

Qeyd edək ki, V. Seryakov 1994-cü ildən Azərbaycanda yaşayıb. Rusiyada məhbusluq həyatı yaşadıqdan sonra ölkəmizə gəlib və uzun müddət Quba və Siyəzəndə çalışıb. O, sənədlərini itirdikdən sonra Rusiyaya qayıda bilməyib.

V. Seryakov 2017-ci ildə Quba MRX-ya gətirilib. Müayinə zamanı onun gözlərinin görmədiyi və bir sıra xəstəliklərə yoluxduğu aşkarlanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR