Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin koronavirusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.