• SOSİAL

    10:44 1 mart 2019

Qubada saxlanılan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib

Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən götürülərək, Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ONA-ya bildirilib ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR