• SOSİAL

    17:27 31 may 2019

Qubada üçəm uşaqları doğulan ailə üçün ev tikiləcək

Qubanın Alpan kəndində üçəmlərin dünyaya gəldiyi Nizami və Şəbnəm Əkbərovlar ailəsi üçün yeni yaşayış evi tikiləcək.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, bununla bağlı ailənin mənzil şəraiti ilə tanış olandan sonra Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müvafiq göstəriş verib.

Rayon İcra Hakimiyyətinin başçısı eyni zamanda uşaqların atası Nizami Əkbərovun müvafiq işlə təmin olunması barədə də tapşırıq verib.

Z. Əliyev Alpan kənd ağsaqqalları ilə yaşayış məntəqəsinin sosial problemlərini ətraflı müzakirə edib, kəndin sosial problemlərinin qısa vaxt ərzində aradan qaldırılacağını bildirib.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR