• SOSİAL

    13:48 30 may 2019

Qüdrət Həsənquliyev: “Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsait qoyan şəxslərə vətəndaşlıq verilməlidir”

“Təyyarə ilə Azərbaycana gələndə elan verilir ki, ölkədə 15 gündən çox qalanda müvəqqəti qeydiyyata düşməlidir. Biz əcnəbini məcbur edirik ki, haradasa gedib polis bölməsini tapıb, qeydiyyata düşsün”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

O deyib ki, başqa ölkələrə gedəndə insanlara təyyarədə sənəd verilir və şəxs həmin sənədi doldurmaqla müvəqqəti qeydiyyat məsələsini həll edir: “Əcnəbi 3 həftə ərzində Azərbaycanda müxtəlif ərazilərdə qala bilər. Biz əcnəbini nəyə məcbur edirik? Polis gedib hər dəfə maraqlanacaq ki, əcnəbi harada qalır? Bu məsələ ölkənin siyasi rəhbərliyi ilə bir daha müzakirə olunmalıdır”.

Q.Həsənquliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsait qoyan şəxslərə vətəndaşlıq verilməlidir.

Spiker Oqtay Əsədov ölkəyə gələn şəxsin harada qalmasının bilinməli olduğunu söyləyib: “Əcnəbinin qeydiyyat məsələsinin hansı formada həlini tapması məsələsinə isə gələcəkdə baxıla bilər”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR