• SOSİAL

    12:47 3 may 2019

Qüdrət Həsənquliyev DİN və FHN əməkdaşlarının maaşlarının artırılmasını təklif edib

“Bizim özümüzü təhlükəsiz hiss etməyimiz polisdən çox asılıdır. Polis peşəsi şərəfli olduğu qədər də çətindir”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev söyləyib.

Q.Həsənquliyev polis əməkdaşları ağır şəraitdə, bayramda belə işləyirlər: “Ancaq onlar da çox aşağı əməkhaqqı alır. Cinayət-axtarış sahəsində çalışan polis əməkdaşı 523 manat maaş alır. Bu çox azdır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının maaşları da çox aşağıdır. Bu nazirlikdə orta aylıq əmək haqqı 350 manatdır. Hesab edirəm ki, bu nazirliklər Nazirlər Kabineti qarşısında əməkdaşlarının maaşlarının artırılması təklifi ilə çıxış etməlidirlər. Biz də deputatlar olaraq bu sahədə həmin qurumlara dəstək verməliyik”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR