• SOSİAL

    17:39 21 iyun 2019

Qurban bayramı avqustun 12-13-də qeyd ediləcək

Azərbaycanda Qurban bayramı avqustun 12-si və 13-də qeyd ediləcək.

ONA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib. O, Dini təqvimə əsasən, Qurban bayramının hər zaman Zilhiccə ayının 10-u qeyd olunduğunu xatırladıb: “Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar”.

Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR