“Qurban bayramı ilə bağlı müvafiq tədbirlər planı hazırlanır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bayramın bayram əhval-ruhiyyəsində keçirilməsi üçün xüsusi tədbirlər hazırlanır, bu barədə əhaliyə məlumat veriləcək.