• SOSİAL

    14:22 29 may 2019

Qusar sakini köməksiz qalan cüyür balasını xilas edib - FOTO

Qusar rayonu, Yasab kənd sakini Rəvayət Nəzərov meşədə köməksiz vəziyyətdə qalan cüyür balasını xilas edib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, anasından ayrı düşən cüyür balasını iki gün evində saxlayan kənd sakini onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızıda yerləşən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verəcəyini deyib. Onun sözlərinə görə, cüyür balası təxminən bir aylıqdır.

Qeyd edək ki, R.Nəzərov Şahdağ Milli Parkının əməkdaşıdır.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR