Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Ramazan ayında oruc tutanlar üçün sağlam qidalanma qaydaları ilə bağlı tövsiyələr açıqlayıb.
ONA onları təqdim edir:
Ramazan sağlamlıqdır. Ancaq lazımi miqdarda maye içilməməsi, az miqdarda qidalanma və ya tam əksi, artıq kalorili qida qəbulu sağlamlığınıza ziyan ola bilər. Qida qəbulunun azalması ilə birlikdə metabolizm zəifləyir və istəmədən çəki artımına gətirib çıxarır. Oruc tutan sağlam insanlar lazımi miqdarda və nizamlı qidalanma qaydalarına əməl edərək,
Ramazan ayını sağlam şəkildə başa vura bilərlər.