• SOSİAL

    13:25 15 mart 2023

Ramazan ayının təqvimi

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb.

ONA İdarəyə istinadən xəbər verir ki, Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilib. Digər bölgələr Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləməlidilər.

Qeyd edək ki, martın 23-ü Ramazan ayı başlayacaq. Aprelin 9, 11, 13 və 17-də Qədr (Əhya) gecələri olacaq. Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR