Ramazan bayramı ilə bağlı adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
ONA xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrikində qeyd olunub.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i - Ramazan bayramı Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.
Bildirilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.
Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
"Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır", - təbrikdə vurğulanıb.