• SOSİAL

    12:47 28 dekabr 2019

Ramiz Mehdiyev: “AMEA-da islahatlara ehtiyac var”

"Alimlərin beynəlxalq, regional və dövlətin maliyyələşdirdiyi milli elmi layihələrdə iştirakı olduqca zəifdir".

APA-nın məlumatına görə, bunu AMEA-nın Ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev bildirib. Onun sözlərinə görə, son illər akademiya əməkdaşlarının elmi-tədqiqat işlərinə Prezident yanında Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondundan 50 milyon manatdan artıq vəsait ayrılıb: "Lakin ayrılan vəsaitlə müqayisədə tədqiqatların konkret nəticəsi hələ də görünmür. Dövlət hər il Akademiyaya böyük məbləğdə vəsait ayırır. Lakin əvəzinə demək olar ki, heç bir fayda əldə etmir. Bu istiqamətdə işimizi təhlil edib, yenidən qurmalıyıq".

Akademik deyib ki, Avropa Komissiyası beynəlxalq elmi layihələrə 80 milyon avro vəsait ayırıb: "Yenə də təəssüf hissi ilə qeyd edim ki, alimlərimizin bu layihələrdə iştirakı lazımi səviyyədə olmayıb. Bunun nəticəsidir ki, Azərbaycan elmi bir sıra müasir elm sahələrindən, həmçinin yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqindən kənarda qalıb".

R. Mehdiyev qeyd edib ki, alimlərin qeyri-neft sektorunun inkişafına real dəstəyi və bu proseslərdə iştirakı ümumiyyətlə hiss olunmur: "Bu da öz növbəsində AMEA-nın yalnız büdcə hesabına fəaliyyət göstərən quruma çevrilməsinə gətirib çıxarır. Akademiya büdcəsinin yalnız 2 %-i büdcədənkənar vəsaitlər hesabına təşkil olunur. Bu da onu göstərir ki, akademiyada elmi nəticələrin və innovasiya texnologiyalarının işlənib hazırlanması olduqca zəif qurulub".

ONA

Teqlər:

SON XƏBƏRLƏR