Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə müraciət edib.
ONA-nın xəbərinə görə, R.Rzayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, jurnalistlər açıq məhkəmə iclaslarını sərbəst şəkildə işıqlandıra bilərlər.
Ali Məhkəmənin sədri qeyd edib ki, Azərbaycanda yalnız dövlət sirri və ailə münasibətləri ilə bağlı məhkəmələr qapalı keçirilir.