Mayın 11-də maşın istehsalında daim özünəməxsusluğu ilə seçilən “Jaguar Land Rover” şirkəti yeni modeli – “Range Rover Evoque” modelini avtomobil həvəskarlarına təqdim edib.
Hibrid-elektrik mühərrikləri seçimi ilə fərqlənən yeni model “Range Rover”in dünya üzrə satışları 772 096-nı keçib və 217-dən çox beynəlxalq mükafata layiq görülüb.
Misilsiz “Range Rover” irsini müasir texnologiyalarla bir araya gətirən, Britaniyada dizayn edilmiş, layihələndirilmiş və istehsal edilmiş bu avtomobil müasir müştərilərin ehtiyaclarını qarşılayır.
Yeni modelin təqdimatında çıxış edən “Jaguar Land Rover” şirkətinin qlobal marketinq direktoru Finbar Makfallın sözlərinə görə, şirkət səkkiz il öncə bazarın yeni seqmentini yaradıb:
“Dünya bizdən nümunə götürüb. İndi biz lüks kompakt yolsuzluq avtomobili anlayışını kökündən dəyişmişik. Əsasında dizayn və imkanların dayandığı, ən son texnologiyalarla təchiz edilmiş yeni “Range Rover Evoque” ehtiyaclarınızı heç vaxt olmadığı kimi qarşılayır və şəraitdən asılı olmayaraq, istədiyiniz yerə getməyinizə imkan verir”.
“Land Rover” şirkətinin baş dizayn direktoru Cerri Makqovern çıxış edərək bildirib ki, “Range Rover Evoque” 2010-cu ildə debüt edərkən kompakt yolsuzluq avtomobilləri dünyasını dəyişmişdi və yeni model də xələfinin bu təkrarolunmaz yolunu davam etdirəcək:
“Bu güclü xarakterə malik avtomobil baş gicəlləndirən və insanı gülümsəməyə vadar edən zəriflik və əyləncəni özündə birləşdirir”.
Avtomobilin tam yeni dizaynı həm enerji mənbəyinə qoşula bilir, həm də yüngül hibrid sistemlərə əsaslana bilər. Bu zaman korpusda yalnız qapı petlələri olduğu kimi qalır. Sərt xətlərə malik kuzovdan maksimum səviyyədə istifadə etmək üçün əhəmiyyətli şəkildə dəyişdirilmiş şassi “Range Rover” avtomobillərinə xas olan rahat və səlis səfər təcrübəsini təmin edir. İndi “Evoque” həmişəkindən daha ağıllıdır.
Məlumat-əyləncə sistemimizin əsasında duran proqram təminatı müştərilərin daha intuitiv idarəetmə imkanlarına sahib olması üçün təkmilləşdirilib. Bundan başqa, smartfonların avtomobilə maneəsiz qoşulması üçün Apple CarPlay və Android Auto sistemlərini də əlavə edilib.
Orijinal avtomobilin tanınmış dizaynına əsaslanan yeni “Range Rover Evoque” “Range Rover” ailəsinə xas olan gözoxşayan səlis dam xətti və yuxarı doğru uzanan orta üfüqi xətti ilə seçilən fərqli kupe şəkilli siluetə malikdir. Yeni model 48 Volt gücündə elektrik enerjisi ilə çalışan effektiv hibrid mühərrik MHEV, 3 silindrli PHEV, 3 və 4 silindrli benzin və dizel mühərriki Ingenium yanacağa qənaət etməyə imkan verir.
Avtomobilin yeni dizaynı 48 voltluq yüngül hibrid motorla elektrikləşmə üçün hazırlanıb. Bundan başqa, təqribən 12 ay sonra enerji mənbəyinə qoşula bilən hibrid modeli də təklif ediləcək. Yüngül hibrid güc ötürməsi “Land Rover” avtomobillərində ilk dəfə istifadə olunur.
Dörd silindrli Ingenium benzin və dizel mühərrikləri ilə təqdim edilən yüngül hibridlərin CO2 emissiyaları cəmi 149 q/km, yanacaq sərfiyyatı isə 50,4 mpg (5,6 l/100 km) təşkil edir.
Hər qarışı ilə “Range Rover” avtomobili olan kompakt SUV bütün hava şərtlərində hər yerə hərəkət etmək imkanı verir. Yeni “Evoque” Tam Ötürücülü İdarəetməyə, habelə effektivliyin artırılması üçün “Driveline Disconnect”ə malik ikinci nəsil Aktiv Transmissiyaya və rahatlıq və manevretmə qabiliyyətinin optimal tarazlığını təmin etmək üçün Adaptiv Dinamiklərə malikdir.
“Terrain Response 2” ilk dəfə tam ölçülü “Range Rover” avtomobillərində istifadə edilən texnologiyadır.
Yeni “Range Rover Evoque” kapotun görünüş sahəsində olmamasını təmin edən “Ground View” texnologiyasına malik olan ilk avtomobildir. Bu texnologiya kameradakı görüntünü yuxarıdakı sensor ekrana proyeksiya edərək sürücüyə avtomobilin qabaq aşağı hissəsinə 180 dərəcəlik görüş sahəsi verir.
Dünyanın ilk “Ground View” texnologiyası avtomobilin kapotunu sürücü üçün görünməz edir, yüksək əksetmə qabiliyyətinə malik video ekranı isə sürücünün oturacağından arxa görünüş güzgüsünün görünməsində inqilaba yol açır.
“Jaguar Land Rover” şirkətinin “Evoque” modelinin yaradılması və istehsalına bir milyard dollar sərmayə qoyması Birləşmiş Krallığın avtomobil sənayesini dəstəkləyir. Bura şirkətin Britaniyada, Heylvud, Mersisaydda yerləşən istehsal zavodunda müasir istehsal kompleksinin yaradılması üçün sərf etdiyi 110 milyon dollar vəsait də daxildir.
Rəsmi diler “Avtolüks Azərbaycan” müştərilərə Yeni “Range Rover Evoque” modelinin 2.0 l həcmli 250 at gücünə malik mühərriklə təchiz olunmuş versiyasını təklif edir. Yeni modelin təqdimatı ilə bu videoda tanış olmaq olar:
https://www.youtube.com/watch?v=fuqXc_QvQ2k&t=5s
Əlavə məlumat almaq üçün (+994 12) 983 nömrəsinə zəng edə və ya www.landrover-azerbaijan.com internet saytlarına nəzər sala bilərsiniz.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 42 B.