Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu davam edir.
ONA-nın əldə etdiyi məlumata görə, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) sənədlərini MTRŞ-ya təqdim edib.
Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan edib. Müsabiqə üçün tələb оlunan sənədlər 11 martdan 11 aprelədək (şənbə və bazar günləri istisna оlmaqla) MTRŞ-nın inzibati binasında (Ünvan: Bakı şəhəri, Nizami küç., 145) saat 10:00-dan 18:00-dək qəbul еdilir.
Xatırladaq ki, 2018-ci il 5 mart tarixində MTRŞ tərəfindən “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilən müddətsiz lisenziya əsasında Real TV peyk yayımında fəaliyyət göstərir.