"Hazırda Azərbaycan Tibb Universitetinin (ATU) əsas məqsədi beynəlxalq akkreditasiyaya nail olmaqdır. Bu, çox uzun yoldur".
ONA-nın xəbərinə görə, bunu ATU-nun rektoru, professor Gəray Gəraybəyli deyib.
Rektor bildirib ki, universitetdə aparılan işlər təhsilin keyfiyyətinin yaxşılaşmasına yönəlib.
G. Gəraybəyli ATU-nun 16 universitetlə ikitərəfli müqaviləsinin olduğunu da xatırladıb.