Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planının layihəsi Prezident Administrasiyasına təqdim edilib.
ONA-nın xəbərinə görə, bu barədə “ASAN xidmət”in illik hesabatında bildirilib.
Hesabatda o da qeyd olunub ki, elektron xidmətlərin təşkili və göstərilməsi sahəsində standart yanaşmanın tətbiqi məqsədilə “Elektron xidmətlərin təşkili və göstərilməsinə dair Tələblər” və “Elektron xidmətlərin qeydiyyatı Qaydaları”nın layihələri, həmçinin “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər” hazırlanıb və razılaşdırılması üçün Prezident Administrasiyasına göndərilib.