• SOSİAL

    15:24 3 iyun 2019

Rəsədxana: Bu, dünyanın hər yerindən müşahidə edilən optik atmosfer hadisəsidir

Bu gün müxtəlif bölgələrdə günəşin fərqli halına rast gəlinib. Günəşin bu halı insanlarda təəccüb və həyəcan yaradıb.

Bununla bağlı ONA-ya açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işçisi Mahir Pirquliyev deyib ki, bu, dünyanın hər yerindən müşahidə edilə bilən optik atmosfer hadisəsidir.

O bildirib ki, az-az hallarda günəşi bir deyil, iki belə dairə əhatə edir: “Bu işıqlı qövsləri və halqaları halo adlandırırlar. Onlar nəinki gündüz vaxtı günəşin yaxınlığında, hətta gecə vaxtı ayın ətrafında da əmələ gəlir.

Çox vaxt kiçik ölçülü halolar müşahidə olunur. Bu, günəşin və ya ayın ətrafında əmələ gələn və bucaq radiusu 22 olan işıq halqalarıdır. Böyük haloların bucaq radiusu 46-ya yaxındır”.

M.Pirquliyev bildirib ki, böyük ölçülü halolardan tez-tez təkrar olunan məşhur “Brohen görünməsini” misal göstərmək olar. Bu halo günəş ətrafında əmələ gələn nəhəng işıq halqalarından ibarətdir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR