Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı məlum olub.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2019-cu il yanvar ayının 1-nə məşğulluq orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20,1 min nəfər (onların 37,2 faizi qadındır) olub.
2018-ci il ərzində işsizlik müavinəti və işsizlikdən sığorta ödənişinin orta məbləği 326,70 manat olub.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.