• SOSİAL

    12:54 24 aprel 2019

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi: Azərbaycanda suçiçəyinə qarşı peyvənd yoxdur

"2018-ci ildə Azərbaycanda suçiçəyinə 15 870 nəfər yoluxub".

ONA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, yoluxma hər 100 min nəfərə 158,99 haldır: "2017-ci ildə isə ölkədə su çiçəyinə 15 781 nəfər yoluxub. Yoluxma halı hər 100 min nəfərə 159,43 haldır. Hazırda bir çox ölkədə suçiçəyinə qarşı peyvənd tətbiq olunur. Lakin Azərbaycanda suçiçəyinə qarşı peyvənd yoxdur. Amma yaxın illərdə bu peyvənd ölkəmizdə də tətbiq oluna bilər".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR