AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi "Açıq qapı" günü keçirib.
ONA xəbər verir ki, tədbirdə son 100 ildə ilk dəfə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqlar nümayiş olunub, ictimaiyyət nümayəndələrinə bu sahədə aparılan tədqiqatların tarixi, keçdiyi yol haqqında geniş məlumat verililib.
Sərgi haqqında məlumat verən AMEA Respublika Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib ki, sərgidə əvvəlki dövlərdə istifadə edilmiş, eyni zamanda hazırda da istifadədə olan 100-ə yaxın müxtəlif istiqamətli seysmoloji avadanlıq nümayiş olunur: "Əvvəllər baş vermiş zəlzələlərin parametrlərini təyin etmək üçün bir saat vaxt lazım olurdu. İndi isə ən müasir avadanlıqlardan istifadə edilir. Azərbaycanda həm mərkəzdə, həm də bölgələrdə yerləşdirilmiş avadanlıqlar baş vermiş yeraltı təkanların parametrləri maksimum 5 dəqiqə ərzində müəyyən edir".
Q.Yetirmişli bildirib ki, köhnə avadanlıqların əksəriyyəti SSRİ dövrünə aid olsa da, müasir avadanlıqlar ABŞ-da istehsal edilib.
Sərgi bu gün saat 17.00-dək davam edəcək.