AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib.
Mərkəzdən ONA-ya verilən məlumata görə, vakant yer RSXM-ın Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi üzrə mühəndis vəzifəsinə 1 yerdir.
Müsabiqədə qeyd olunan ixtisas üzrə namizədlər iştirak edə bilərlər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.