• SOSİAL

    17:40 26 fevral 2019

Rezidentlərin yekun attestasiyasının vaxtı açıqlanıb

2018-ci ilin oktyabr ayında keçirilən yekun attestasiyadan keçməyənlər (əmək qabiliyyətini müvəqqəti itirmə, sosial məzuniyyətlə əlaqədar və s.), eləcə də rezidentura təhsilini 2019-cu ilin fevral ayınadək bitirən həkim-rezidentlər üçün yekun attestasiyanın praktik mərhələsi 28 fevralda saat 10:00-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcək.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Rezidentlərin göstərilən tarixdə saat 09.45-də ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları və şəxsiyyət vəsiqələrini təqdim etmələri tələb olunur.

Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR