• SOSİAL

    13:43 26 sentyabr 2020

Rezidenturaya qəbul üzrə ixtisas seçimi başa çatıb

2020-2021-ci tədris ilində rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

ONA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ümumi ixtisas seçimi etmiş namizədlərin sayı 456 olub. Onlardan 424-ü Azərbaycan, 32-si rus bölməsindən olan namizədlərdir.

Qeyd edək ki, müsabiqəyə yalnız “Namizədin electron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR