Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev Azərbaycana gələcək.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) ONA-ya verilən məlumata görə, mayın 21-də A.Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə ölkəmizə rəsmi səfər edəcək.
Rusiya Elmlər Akademiyasının prezidenti, akademik A.Sergeyev AMEA-da olacaq.
Səfər çərçivəsində hər iki akademiya arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş imzalanacaq.