Sabah 14 dərəcə isti olacaq
  • SOSİAL

  • 12:59 18 Fevral 2020

Sabah 14 dərəcə isti olacaq

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz  8-11, Bakıda  gecə 4-6, gündüz  9-11 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, atmosfer  təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 55-60 faiz olacaq.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi cənub rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturu  gecə  0-5, gündüz  9-14 dərəcə  isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  1-6 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Fevralın 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

ONA

Teqlər: hava proqnoz

OXŞAR XƏBƏRLƏR