• SOSİAL

    16:21 3 dekabr 2021

Sabah 14 dərəcə isti olacaq - HAVA PROQNOZU

Dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

ONA xəbəri verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

ETSN-in açıqladığı məlumatda o da bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 5-6-da cənub-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 5-6-da cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR