Sabah 20 dərəcə isti olacaq - [color=red]PROQNOZ[/color]
  • SOSİAL

  • 13:10 30 Mart 2020

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-10, gündüz  14-19, Bakıda  gecə 7-9 , gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Martın 31-də Azərbaycanın rayonlarında  arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər  saatlarında  duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir  güclənəcək. 

Havanın temperaturu  gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək  isti, gündüz 3-8 dərəcə isti olacaq.

ONA

Teqlər: hava proqnoz

OXŞAR XƏBƏRLƏR