[color=red]HAVA PROQNOZU:[/color] 26 dərəcə isti olacaq
  • SOSİAL

  • 13:05 11 May 2020

HAVA PROQNOZU: 26 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında mayın 12-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.

ETSN Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 18-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. 

Nisbi rütubət  gecə 70-80%, gündüz 40-45% olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.

ONA

Teqlər: hava proqnoz

OXŞAR XƏBƏRLƏR