• SOSİAL

    13:03 4 may 2020

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər saatlarında duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeronda gecə 15-17° isti, gündüz 21-26° isti, Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 5-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən, əlverişlidir.

Azərbaycanın rayonlarında hava əəsasən, yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR