Sabah 32 dərəcə isti olacaq - [color=red]HAVA PROQNOZU[/color]
  • SOSİAL

  • 12:49 03 Oktyabr 2022

Sabah 32 dərəcə isti olacaq - HAVA PROQNOZU

Oktyabrın 4-nə gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

ONA ETSN-in Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-32° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-19° isti olacaq.

ONA

Teqlər: hava proqnozu

OXŞAR XƏBƏRLƏR