• SOSİAL

    15:51 2 sentyabr 2020

Sabah 33 dərəcə isti olacaq

3 sentyabrda gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 3 sentyabrda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

3 sentyabrda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Sentyabrın 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR