Sabah 33 dərəcə isti olacaq - [color=red]PROQNOZ[/color]
  • SOSİAL

  • 13:14 30 Sentyabr 2022

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

Oktyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb.

ONA ETSN-in Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacaq.

ONA

Teqlər: