• SOSİAL

    13:46 20 iyul 2023

Sabah 36 dərəcə isti olacaq - HAVA PROQNOZU

İyulun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

ONA ETSN-in Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR